Bu gün prezident İlham Əliyev Çexiya Respublikasına səfərə yola düşüb. Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Qeyd edək ki, dövlət başçısı mayın 7-də Çexiyanın paytaxtı Praqada Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.