Terror hadisəsinə aid bütün əlamətlər Neft Akademiyasından yığızdırılıb
Dünən axşamdan başlayaraq Azərbaycan Dövlət Neft Akademiyasının həndəvərində terror hadisəsinə aid bütün əlamətlər yığışdırılıb: qərənfillər götürülüb, xatirə və etiraz yazıları xüsusi maddələrlə silinib. Sanki burada belə bir hadisə olmayıb. Tələbələrin MİA-nın müxbirinə verdikləri məlumata görə, bu səhər Akademiyanın divarına yaxınlaşıb ürək sözləri yazmaq, hətta qərənfil qoymaq istəyən tələbə və gənclər ərazidən uzaqlaşdırılıb.
Xatırladaq ki, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs - Fərda Qədiov özünü öldürüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08