Prezident İlham Əliyev bu gün ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Bilge Cankoreli qəbul edib. Görüşdə Azərbaycan ilə ATƏT arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olundu, əməkdaşlığın müxtəlif istiqamətlərinə dair ATƏT-in Bakı ofisinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Dövlət başçısı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə Bilge Cankoreli təbrik etdi və fəaliyyətində ona uğurlar arzulayıb. Bilge Cankorel Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirib.