Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası başlayıb. Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva və Sabir Hacıyev iştirak edirlər. Toplantıda martın 18-də Azərbaycanda keçirilmiş referendumun, eləcə də Makedoniyada prezident, Moldovada və Çernoqoriyada parlament seçkilərinin nəticələri, Gürcüstan-Rusiya münasibətləri, fövqəladə vəziyyətlərdə insan hüquqlarının qorunması, gender prinsipləri və digər məsələlər müzakirə ediləcək.