?Dağlıq Qarabağ münaqişəsinin həllinə dair tərəflər arasında ilkin razılaşma ehtimalı çox böyükdür. Mənə elə gəlir ki, Rusiya və ABŞ Ermənistanı razılaşmaya vadar etsə, məsələ öz həllini tapar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, Ermənistan öz milli əsatirindən geri çəkilərsə, hansısa razılaşmadan danışmaq olar: ?Əlbəttə ki, hər iki tərəfdən güzəşt tələb olunur. İlham Əliyev də Rusiyada Qarabağ konsepsiyasını açıqlayarkən ermənilərin təhlükəsizliyinin təmin ediləcəyini bildirdi. Yəni bunların hamısı Azərbaycanın mümkün qədər gedə biləcəyi güzəştlərdir. İndi əsas məsələ Sərkisyanı inandırmaqdır. Ümumiyyətlə, ilkin razılaşma erməni xalqının xeyrinə olacaq. Əks tərəfin mənafeyi nəzərə alınmaqla, könüllü razılaşma ola bilər. Bundan əlavə, bu bölgədə ?bulanıq suda balıq tutan? Rusiyanın, Amerikanın və Qərbin də maraqları nəzərə alınmalıdır?. Politoloqun fikrincə, danışıqlar ola bilsin ki, yenə də uzadılsın. Bu isə daha çox Rusiya-Ermənistan münasibətlərinin aydınlaşmasından asılıdır.