Zərdüzt Əlizadənin oğlu azadlığa buraxıldı və məcburi müalicəyə göndərildi
Bu gün Yasamal rayon Məhkəməsində hakim Seyid Qafarinin sədrliyi ilə Zərdüst Əlizadənin oğlu Salur Əlizadənin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Narkotik vasitələrdən istifadə etməkdə ittiham olunan S.Əlizadə barəsində 1 il azadlığın məhdudlaşdırılması hökmü çıxarılıb.
Məhkəmə S.Əlizadənin həbsdə olduğu 3 ayı qanuna müvafiq olaraq 1 günü 3 gün hesablayıb və onun üzərində tam olaraq 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlayıb. Bundan əlavə, hökmə əsasən, S.Əlizadə məcburi müalicəyə də məhkum edilib.
Zərdüşt Əlizadə Müstəqil İnformasiya Agentliyinə açıqlama verərkən bu məsələni şərh etmək istəmədiyini deyib. Politoloq bu məsələnin xəbər kimi təqdim olunmasına da ehtiyac duymadığını bildirib: ?Bütün bu məsələlər mənim hökumətə olan münasibətimlə bağlıdır. Bundan əlavə nəsə demək istəmirəm?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08