[b]Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Baş Qərvənd kəndi istiqamətindən açdığı atəş nəticəsində Pərviz Bayramov şəhid olub[/b] Ermənistanın Azərbaycana davam edən təcavüzü nəticəsində milli ordumuz daha bir itki verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu gün saat 17.30 radələrində Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Baş Qərvənd kəndi istiqamətindən açdığı atəş nəticəsində Milli Ordumuzun əsgəri, 19 yaşlı Pərviz Bayramov şəhid olub. Qeyd edək ki, o, Saatlı rayon hərbi komissarlığı tərəfindən 2008-ci ildə hərbi xidmətə çağırılıb. Allah rəhmət eləsin!