Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Moskvaya işgüzar səfərə yola düşmüşüb. Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Moskvanın ?Vnukovo-2? hava limanında Azərbaycan dövlətinin başçısını və onun xanımı Mehriban Əliyevanı Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.