?Prezident İlham Əliyevin Rusiya səfərinin Türkiyəyə qarşı etiraz jesti kimi qiymətləndirilməsi yanlışdır?. Bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yaranan narahatlıqlar bu gün xarici siyasət idarəsinin rəhbərinin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə keçirdiyi görüşdə də müzakirə olunub. Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycanın maraqlarına ziddir. Qeyd edək ki, bu gün prezident İlham Əliyev Rusiyaya ikigünlük səfər edəcək.