Bu gün Milli Tele Radio Şurasında keçirilən iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru seçilib. Qeyd edək ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şurasının 9 üzvündən 8-i iştirak edib.Yayım Şurasının bütün üzvləri gizli keçirilən səsvermədə İTV-nin hazırki baş direktoru İsmayıl Ömərovun "lehinə" səs verib. Bununla da Ismayıl Ömərov növbəti dəfə İTV-nin baş direktoru olub. Məlumat üçün onuda bidurək ki, İsmayıl Ömərovun səlahiyyət müddəti başa çatdığına görə bu vəzifəni tutmaq üçün martın 31-dən aprelin 7-dək müsabiqə elan dilmişdi. Müsabiqədə 3 nəfər namizədlərini irəli sürmüşdü - onlar İTV-nin hazırkı baş direktoru İsmayıl Ömərov, ATV telekanalının əməkdaşı Bəhruz Məhərrəmov və "Carçi-film" Yaradıcılıq Birliyinin direktoru Azad Məmmədov idi.