ABŞ dövlət katibinin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza bu gün Bakıya gəlib. Onun səfərinin məqsədi Dağlıq Qarabağ danışıqları ilə bağlı???. Amerikalı diplomat Azərbaycan rəsmiləri ilə keçiriləcək görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələri davam etdirəcəyini söyləyib. Türkiyə-Ermənistan sərhədlərinin açılacağına dair yayılan məlumatlarla bağlı sualı isə M. Brayza belə cavablandırıb: ?Mən heç nəyi qiymətləndirə bilmərəm. Çünki danışıqlar hələ davam edəcək. Mənim vəzifəm münaqişənin nizamlanma prosesini stimullaşdırmaqdır?. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu gün ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzanı qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, amerikalı diplomat sabah Azərbaycan rəsmiləri ilə danışıqlar aparandan sonra aprelin 17-də Gürcüstana səfər edəcək. ATƏT-in Minsk qrupu həmsədrlərinin aprelin 20-22-də bölgəyə bir daha səfər edəcəyi də gözlənilir.