[b]Səfər çərçivəsində onun Türkiyənin ictimai-siyasi xadimləri ilə görüşləri nəzərdə tutulub[/b] Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün Türkiyəyə yola düşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) Müsavat başqanının müavini Mehman Cavadoğlu məlumat verib. M.Cavadoğlunun sözlərinə görə, İsa Qəmbərin qardaş ölkəyə səfərinin məqsədi Türkiyənin tanınmış ATV telekanalında yeni yayımlanmağa başlayan ?Arayış? adlı verilişdə iştirak etməkdir: ?Bu gün Türkiyə vaxtı ilə saat 23.20-də (Bakı vaxtı ilə 01.20) başlayacaq verilişdə 2 saat ərzində canlı yayımda Türkiyə- Azərbaycan münasibətləri, Ermənistanla sərhədlərin açılması mövzusu və siyasi gündəmin başqa aktual məsələləri müzakirə olunacaq. İsa bəy də həmin telekanalda öz fikirlərini bildirəcək?. Müsavat yeykilisi onu da bildirib ki, İ.Qəmbərin səfər çərçivəsində Türkiyənin ictimai-siyasi xadimləri ilə görüşləri də nəzərdə tutulub.