?Qaradağ Sement? ASC-də zavodun yenidənqurma layihəsinin təqdimatı və yeni quru texnologiyaları sobasının təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısına əvvəlcə zavodun yenidənqurma layihəsi haqqında ətraflı məlumat verilib. Prezident İlham Əliyev tikiləcək yeni sobanın təməlinə gilizi qoydu, beton qarışığı özülə buraxılıb. Dövlət başçısı mərasimdə çıxış edib.