Türkiyənin Azərbaycandakı səfirliyi qarzısında etiraz aksiyası keçirildi
[b]MMP üzvləri Türkiyə-Ermənistan sərhəddinin açılmasına etiraz etdilər[/b]
Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq, bu gün Müasir Müsvat Partiyasının (MMP) üzvləri Türkiyənin Azərbaycandakı səfirliyinin binası qarşısında dinc aksiya keçiriblər.
MMP-nin bir qrup üzvü ?Qardaş qardaşa arxa olar!?, ?Türkiyə, daha müdrik ol!?, ?Erməni faşistlərinə sərhəd açılmaz!? sözləri yazılan plakatlar qaldırıblar.
Sonda aksiya iştirakçıları bəyanatlarını səsləndiriblər. Bəyanatda deyilir: ?Müasir Müsavat Partiyası Türkiyənin Ermənistanla olan sərhəddini açmasını pisləyir. Biz sərhədlərin açılmasını bütün türk dünyasına xəyanət kimi dəyərləndiririk. Türkiyə ?bir millət, iki dövlət? prinsipinə əməl edərək sərhədləri açmamalıdır?.
MMP-çilər sonda bəyanatlarını Türkiyə səfirliyinə təqdim ediblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08