Mahmud Məmmədquliyev Ermənistana gedəcək
[b]Xarici işlər nazirinin müavini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edəcək[/b]
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Ermənistana səfər edəcək. Bu barədə APA-ya açıqlama verən M. Məmməquliyev bildirib ki, səfərin məqsədi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının aprelin 16-da İərvanda keçiriləcək 20-ci toplantısında iştirak etməkdir.
Bu toplantı çərçivəsində hər hansı ikitərəfli görüşlər nəzərdə tutulmayıb. Mahmud Məmmədquliyev toplantıda əməkdaşlığın bütün spektrlərinə dair, o cümlədən regionda əməkdaşlığa mane olan səbəblər haqqında müzakirələr aparılacağını bildirib.
Qeyd edək ki, QDİƏT XİN Şurasının toplantısında regional əməkdaşlığı dərinləşdirməklə təşkilatın işinin effektivliyinin artırılması, nəqliyyat və energetika sahələrində birgə regional layihələrin reallaşdırılması məsələsini müzakirə edəcək, beynəlxalq maliyyə və iqtisadi böhranın qurum üzvü olan dövlətlərə təsirinin minimuma endirilməsi barədə fikir mübadiləsi aparacaqlar. Toplantıda həmçinin QDİƏT-lə Avropa İttifaqı arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə olunacağı gözlənir. Görüşün sonunda QDİƏT-ə sədrlik Ermənistandan Azərbaycana keçəcək. QDİƏT-ə sədrlik missiyasının rəsmi olaraq mayın 1-dən Ermənistandan təhvil alacaq Azərbaycan bu vəzifəni oktyabrın 31-dək icra edəcək.
LENT.AZ
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08