70 saylı uzaq bağçası da özəlləzdirilməyə çıxarılır
Bakı şəhərində özəlləşdirilməyə çıxarılan 113 uşaq bağçasından daha biri ilə bağlı yaxın vaxtlarda hərrac keçiriləcək. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilb ki, mayın 5-də Yasamal rayonu, M.Əliyev küçəsi 89-da yerləşən 70 saylı körpələr evi-uşaq bağçası özəlləşdirilməyə çıxarılacaq. Ümumi sahəsi 1318,1 kv.m, işçilərinin sayı 17 nəfər olan bu məktəbəqədər təhsil müəssisəsinin ilkin satış qiyməti 137357 manat müəyyənləşdirilib.
Xatırladaq indiyədək paytaxtda 100-ə yaxın uşaq bağçası özəlləşdirilsə də, hazırda onlardan cəmi 6-sı fəaliyyət göstərir. Qalanları ya işləmir, ya da onların binalarından başqa məqsədlər üçün istifadə olunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19