Aprelin 1-də dünya birjalarında keçirilən hərracın nəticəsində neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. MİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,27 dollar və ya 2,56% azalaraq 1 barelə görə 48,39 dollar təşkil edib. ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,79 dollar azalaraq 48,44 dollar olub.