Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün İordaniya Krallığına rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində S.Əbiyevin İordaniya Krallığının baş naziri Nadir Dəhabi və Silahlı Qüvvələrin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general-polkovnik Xalid Cəmil Əl-Sarayrah ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. İordaniya Birləşmiş Qərargah rəisləri Komitəsi sədrinin dəvəti ilə baş tutan bu səfərdə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.