Bu gün Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü A.C.-ova (ad şərtidir) ona qarşı zorlama məqsədilə edilmiş fiziki təzyiqlə bağlı Gəncə Şəhər Kəpəz Rayon Polis Şöbəsinə şikayət edib. Bu barədə AJAŞ Xəbər-in bölgə müxbirinə Gəncə Şəhər Polis İdarəsindən məlumat verilib. Belə ki, aprelin 10-da 20:30 radələrində Gəncə Hərbi Komissarlığının baş leytenantı K.H-ov (ad şərtidir) A.C-ovanı öz mənzilinə apararaq, onunla cinsi əlaqədə olub. Sonra isə qeyri-ənənəvi cinsi əlaqə təklif edib. A.C-ova razılaşmadıqda K.H-ov onu döyərək bədən xəsarəti yetirib. Faktla bağlı Kəpəz Rayon Polis şöbəsində araşdırma aparılır.