Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Rusiyaya işgüzar səfər edəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyi Kremlin mətbuat xidmətinə istinadən məlumat verib. İkigün davam edəcək səfər Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə baş tutacaq.