Müxalifət Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı bəyanat hazırlayıb
Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının təsisçiləri bu gün növbəti toplantısını keçirib. Altı müxalif partiyasının təmsil olunduğu qurumun toplantısında Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı, Moldovada baş verən proseslər və ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzilinin həbsi ilə bağlı müzakirə aparılıb.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məlumat verib. ADP sədri onu da bildirib ki, hərəkata daxil olan partiyalar Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı ilə bağlı bəyanat da hazırlayıblar: ?Bəyanatı hazırlamışıq. Yəqin ki, sabah mətbuata yayacağıq?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51