Prezident yanında Kütləvi informasiya Vasitələrinin inkizafına Dövlət Dəstəyi Fondu yaradıldı
Prezident İlham Əliyev, ?Azərbaycan Respublikasının Prezidenti yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında? Fərman imzalayıb. Fərmanda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılması nəzərdə tutulur, Fondun Nizamnaməsi təsdilənir. Sənəddə deyilir ki, Nazirlər Kabineti Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılmasını və maddi-texniki təminatı ilə bağlı məsələləri yoluna qoymalıdır. Bundan başqa, hökumət bir ay müddətində Fondun xərclər smetasını, ştat cədvəlini, işçilərinin say həddini və aylıq vəzifə maaşlarını müəyyən etməli, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.
Prezident Administrasiyasına tapşırılıb və Azərbaycan Mətbuat Şurasına tövsiyə olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Ədliyyə Nazirliyi isə 15 gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dövlət qeydiyyatına alınmasını təmin etməlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51