Akademik Milli Dram Teatrında yeni tamaza-?Füzuli və Əhmər?
Akademik Milli Dram Teatrının kollektivi Mirmehdi Hüseynzadənin ?Fuzuli və Əhmər? adlı əsəri üzərində qızğın məşqlərə başlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) sözügedən teatrdan məlumat verilib. Qeyd edək ki, tamaşının quruluşçu rejissoru Mərahim Fərzəlibəyovdur. Əsas rollarda xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Əjdər İbrahimov, Sabir Məmmədov, Əli Nur və başqaları tərəf müqabili olacaq. Teatrdan onu da bildiriblər ki, ?Füzuli və Əhmər? ilin sonuna kimi teatrsevərlərin ixtiyarında olacaq.
Akademik Milli Dram Teatrın yenilikləri bununla bitmir. Yaradıcı heyət eyni zamanda səfərə hazırlaşır. Aprelin 14-də baş tutacaq bu səfər Türkiyənin Konya şəhərinə olacaq. Səfərdə məqsəd isə ?Türkdilli teatrların beynəlxalq festival?ına qatılmaqdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47