Ağacəbrayıl Abbasəliyev yenidən ?Xalq ulduzu-3? müsabiqəsinə qayıdıb
Əməkdar artist Ağacəbrayıl Abbasəliyev yenidən ?Xalq ulduzu-3? müsabiqəsinə qayıdıb. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə (mia.az) sənətkarın özü verib.
Münsif üzvünün sözlərinə görə, müsabiqəyə qayıdışı onun üçün gözlənilməz olub: ?Müsabiqənin təşkilatçıları belə məsləhət bilib ki, mən yenidən münsif üzvü olum. Mən də edilən təklifi qəbul etdim. ?Xalq ulduzu-3? aprelin 9-u efirdə olacaq. Hazırda isə məşqlərə başlanılıb. Bu dəfə yarışmada 16 iştirakçı mübarizə aparacaq. Çalışacağıq ki, unudulmuş xalq mahnıları yenidən gündəmə gəlsin?.
Qeyd edək ki, Ağacəbrayıl Abbasəliyev ?Xalq ulduzu-1? də münsiflər heyətində təmsil olunsa da, ?Xalq ulduzu-2? yarışmasının münsiflər heyətinin üzvlüyündən kənarlaşdırmışdılar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47