Aprelin 3-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısına Londonda ?Böyük iyirmilər?in sammitinin yekunları və dünya iqtisadi böhranının həllinə yönəlmiş qərarlar barədə məlumat vermişdir. Dövlət başçıları dünyada iqtisadi böhranla əlaqədar yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparmışlar. Azərbaycan və Rusiya prezidentləri, eyni zamanda, ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluqlarını ifadə etmiş və əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirmişlər. Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.