Elmar Məmmədyarovun Gürcüstan səfəri davam edir
[b]XIN rəhbəri səfər çərçivəsində Tiflisdə bir sıra rəsmi görüşlər keçirəcək
[/b]
Xəbər verildiyi kimi, aprelin 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisə rəsmi səfərə gedib. Səfər çərçivəsində E.Məmmədyarov Gürcüstan Prezidenti Mixail Saakaşvili, Baş nazir Nika Qilauri və xarici siyasət idarəsinin rəhbəri Qriqol Vaşadze ilə görüşəcək.
Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında 2009-cu il üçün Məsləhətləşmələr Planının imzalanacağı gözlənilir. Görüşlərin yekunlarına dair Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri gürcüstanlı həmkarı ilə mətbuat konfransı keçirəcək. Aprelin 2-də nazir Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstü, həmçinin Gürcüstanın müstəqilliyi uğrunda şəhid olanların abidələri önünə əklil qoyacaq. Səfər aprelin 3-də başa çatacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08