?Sözsüz ki, hakimiyyət müxalifətin birliyini parçalamaq üçün müəyyən təxribatlara əl atacaq. Çalışacaq ki, ölkədə demokratiyanın bərqərar olması üçün birgə mübarizə aparan qüvvələri parçalasın. Amma bunu bacarmayacaq?. Bu sözləri Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların qarşıdan gələn bələdiyyə seçkilərində də birgə mübarizə aparması barədə MİA-ya açıqlama verən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. AXCP sədrinin sözlərinə görə, hakimiyyət müxalifətin birliyini parçalamağa nail ola bilsəydi, bunu elə referendum zamanı edərdi: ?Əgər hakimiyyət referendum zamanı buna nail ola bilməmişdisə, yəqin ki, bələdiyyə seçkilərində də bizim birliyimizə mane ola bilməyəcək. Biz də öz növbəmizdə sonna qədər birgə mübarizə aparacağıq?.