Hərbi komissarlıqlar ləğv oluna, orduya çağırız qaydaları isə dəyizdirilə bilər
[b]Zahid Oruc: ?Inanıram ki, yaxın zamanda bu dəyişikliklərin hansı yöndə olacağı haqda tam mötəbər fikirlər səsləndirəcəyik?
[/b]
?Azərbaycanda hərbi komissarlıqların ləğvi, orduya çağırış səlahiyyətinin bütünlüklə Müdafiə Nazirliyinə verilməsi məsələləri hələlik müzakirə mərhələsindədir?. Bu barədə
Milli Məclisin Müdafiə Məsələləri üzrə daimi komissiyasının üzvü Zahid Oruc ?Azadlıq? radiosuna müsahibəsində bildirib.
Onun fikrincə, bu, Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması yönündə daha bir addım ola bilər. Zahid Orucun sözlərinə görə, hələlik parlament komissiyasına qanunvericiliyə konkret dəyişikliklər edilməsi ilə bağlı sənəd daxil olmayıb: ?Ancaq inanıram ki, yaxın zamanda bu dəyişikliklərin hansı yöndə olacağı haqda tam mötəbər fikirlər səsləndirəcəyik?.
Azərbaycanda orduya həqiqi hərbi xidmətə çağırışı hər bir rayonda fəaliyyət göstərən hərbi komissarlıqlar həyata keçirir. Qanunvericilikdə dəyişikliklərdən sonra isə bu qurumların ləğv olunacağı bildirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08