Eldar Namazov Vyanadadır
[b]ANİF prezidenti iki gün sonra Bakıya qayıdacaq
[/b]
Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Avstriyanın paytaxtı Vyanada səfərdədir. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə E.Namazovun özü verib.
ANİF prezidenti deyib Ki, Vyanaya səfərinin əsas məqsədi martın 24-də Böyük Britaniyanın ?International Alert? ?eyri-?ökumət ?əşkilatının (QHT) təşkilatçılığı ilə ?Dağlıq Qarabağ münaqişəsi: çağırışlar və cəmiyyətlər arasında etimadı möhkəmləndirmə üçün imkanlar? mövzusunda keçiriləcək dəyirmi masada iştirak etməkdir.
Qeyd edək ki, sözügedən tədbirdə Azərbaycan və Ermənistandan 40-dək vətəndaş cəmiyyətinin təmsilçisi, ekspert və ziyalılar, habelə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya), Metyu Brayza, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Aleksandr Katsanis iştirak ediblər. E.Namazov həmin tədbirdən başqa bir sıra görüşlər də keçirib. Sonda ANİF rəhbəri iki gün sonra Bakıya qayıdacağını da vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08