Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur Ermənistan silahlı qüvvələri, martın 24-də, səhər saat 11:10-dan axşam saatlarına qədər, fasilələrlə, Ermənistanın Berd rayonunun Çinarlı və Mosesqex kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun adsız yüksəklikləri və Koxa Nəbi kəndindəki mövqelərini, həmçinin Füzulinin adsız yüksəkliklərində yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub. İtki yoxdur.