Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı ?Bizdə olan məlumata görə, ötən ilin oktyabrından indiyə qədər Dövlət Neft Şirkətindən minumum 4 min işçi işdən azad edilib?. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı ?Azadlıq? radiosuna belə deyib. Onun sözlərinə görə, Şirkətdə işçiləri müxtəlif yollarla işdən azad edirlər: ?Təqaüdçüləri məcbur edirlər ki, işdən çıxma ərizəsi yazsın və onları bu yolla çıxarırlar. 10-15 illik müqaviləsi olan adamlarla isə yenidən 3-4 aylı müqavilə bağlayıb onları işdən azad edirlər?. M.Qəhrəmanlı deyir ki, Dövlət Neft Şirkətində (DNŞ) Əmək Məcəlləsinin başqa bir sıra normalarına da əməl edilmir: ?Belə ki, işdən çıxarılan işçiyə 2 ay qabaqcadan xəbərdarlıq edilməlidir və 1 ona aylıq işdənçıxma kompensasiyası ödənməlidir. Ancaq buna da əməl edilmir?. M.Qəhrəmanlı bu ilin aprelində DNŞ-də növbəti ixtisarların gözlənildiyini də bildirir. Bu arada Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev AzərTAc-a deyib ki, hazırlanmış antiböhran proqramına uyğun olaraq, şirkət işçiləri ixtisar etməyəcək. R.Abdullayev həmçinin deyib ki, şirkətdə əməkhaqlarının azaldılması barədə söhbət gedə bilməz, lakin maaşların artımı da hələlik gözlənilmir.