Müzahidə olunan və yaxın 3 gün ərzində gözlənilən hava zəraiti
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:Bakıda və Abşeron yarımadasında
Martın 13-də dəyişkən buludlu, əsasən, yağmursuz hava şəraiti hökm sürəcək. Cənub küləyinin sürəti 7-12 m/s, axşam saatlarında 16 m/s, havanın temperaturu isə gündüz 9-13, axşam 5-8 dərəcə isti təşkil edəcək.
Martın 14-də havanın buludlu olacağı, arabir açılacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskin yağış yağacağı ehtimalı var. Cənub küləyinin sürəti 8-13 m/s, arabir 16-20 m/s, havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Martın 15-də havanın buludlu olacağı, arabir açılacağı, axşam və gecə saatlarında yarımadanın bəzi yerlərində az yağış yağacağı gözlənilir. Qərb, şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18-23 m/s-dək güclənəcək, havanın temperaturu gecə 5-7, gündüz 9-12 dərəcə isti təşkil edəcək.
Martın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək, havanın temperaturu gecə 3-5, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 14-də, əsasən, axşam və gecə saatlarında bəzi rayonlarda az yağış yağacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək, havanın temperaturu gecə 4-8, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
Martın 15-16-da arabir yağış, dağlıq rayonlarda sulu qar yağacağı, martın 16-da isə hətta intensiv olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək, havanın temperaturu gecə 4-9, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 6-10 dərəcə isti təşkil edəcək.
Xəbərdarlıq
Martın 14-də qərb rayonlarından başlayaraq martın 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, martın 15-i axşam və martın 16-17-də dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperaturlar tədricən 4-6 dərəcə aşağı enəcək. Qərb küləyinin sürəti arabir 15-20 m/s, bəzi rayonlarda 25-27 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Quba-Xaçmaz bölgəsi çaylarında qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08