Urimiyada səfərdə olan İran İslam Respublikasının prezidenti Mahmudəhmədnejatın maşın karvanı dövlət başçısına məktub vermək istəyən yaşlı bir soydaşmızı vurub. MİA-nın məlumatına görə, maşın karvanı hadisyə əhəmiyət vermədən yoluna davam ediblər. Buna etiraz edən yerli sakinlərlə polis əməkdaşları ilə qarşıdurma baş verib. Hadisə yerinə gələn təcili yardım maşını yaralanmış soydaşımızı xəstəxanaya aparıb.