İsmət Abbasov: “Mənə silah verin, əliyalın döyüşə necə gedim?”
Kənd təsərrüfatı naziri İsmət Abbasov iyulun 5-də
Qax rayonunda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən sakinlərini qəbul
edib.
Mia.az Azadlıq radiosuna istinadən xəbər verir ki, YAP-ın yerli inzibati
binasında gerçəkləşən qəbulda nazir öncə Balakən sakinləri ilə görüşüb.
Qarığdalı yığımı zamanı qonşu rayonlardan yardım istədiklərini və
texnika və ehtiyat hissələri çatışmazlığını dilə gətirən balakənlilər
bütün rayonda cəmi 3 kombaynın olduğunu nazirin diqqətinə yetiriblər.
İsmət Abbasov ölkə başçısının gələn il üçün yeni 150 kombayn alınmasına
vəsait ayırdığını və gələn il belə halların təkrarlamayacağını vəd edib.
Qəbula gələn Zaqatala sakinləri arıçılıq və çayçılıq sahəsində
çətinliklərindən söz açaraq dövlətdən maliyyə dəstəyinə kəskin ehtiyac
duyduqlarını dilə gətiriblər. Əkin sahələrindən keçən su kanallarının
bərbad durumu da nazirin diqqətinə çatdırılıb. Kənd sakinləri və kiçik
sahibkarlar hökümətdən bu sahəyə maliyyə ayrılmasını xahiş ediblər.
Qax, Şəki və Oğuz sakinləri heyvandarlığın inkişafı üçün xüsusi cins
mal-qaraya və maddi dəstəyə ehtiyac duyduqlarını vurğulayıblar. Onlar
bələdiyyə torpaqlarının hərraclar vasitəsi ilə satılıb-paylanmasından da
çox çətinlik çəkdiklərini diqqətə yetiriblər. Kəndlilər yenidən icarə
üsuluna keçilməsini istəyiblər. Nazir onların bu fikirlərini sonacan
dəstəklədiyini, ancaq əllərində yetərincə şikayət və təklif məktubu
olmadığını deyərək daha yuxarı qurumlara rəsmi müraciət etmələrini
məsləhət görüb. O, fikrini belə bitirib: «Əlimə yetərincə silah verin,
mən də döyüşə gedim. Əliyalın necə döyüşə gedə bilərəm?».
Hava isti olduğundan, görüş bitənədək qəbul keçirilən binanın önündə
«təcili yardım» maşını hazır dayanıb.
Daha sonra Qax rayonundakı bəzi kəndlərdə meyvə bağlarını və əkin
sahələrini dolaşan İsmət Abbasov istifadəsiz torpaqlar görüncə,
"insanlarda tənbəlləşmə getdiyini” vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08