Bu gün iş adamı, "Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov oğluna toy edir.
Mia.az
Axşam.az-a istinadən xəbər verir ki, Hafiz Məmmədovun oğlu Kənan
"Nurgün Motors” şirkətinin prezidenti Nuru Əhmədovun qızı ilə ailə
həyatı qurur. "Buta Palace”da baş tutacaq toy mərasimində dünyanın bir
çox məşhur müğənniləri , o cümlədən PSY və Tarkanın iştirakı gözlənilir.
Qeyd edək ki, Kənan Məmmədov Xorvatiyanın Azərbaycandakı fəxri konsuludur.
Toyda tanınmış iş adamlarından kimlər iştirak edir?
Mia.az-ın
bununla baglı əldə etdiyi məlumatda maraqlı simaların adları çıkilir.
Xəbərə görə, mərasimə ölkənin nüfuzlu şəxslərindən nazir Ziya Məmmədov,
millət vəkillərindən Mahir Aslanov, Elton Məmmədov və basqaları da
dəvətli olublar. Bundan əlavə, vaxtı ilə sabiq nazir Fərhad Əliyevlə
bağlılığa görə bir çox problemlərlə üzləşmiş xeyli iş adamı da
dəvətlilər arasındadır.
Dünya ulduzları, nazir və deputatlar Hafiz Məmmədovla Nuru Əhmədovun övladının toyunda!
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08