Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş
əməliyyat tədbiri nəticəsində ölkənin maliyyə-pul sisteminə ciddi
təhlükə yaradan saxta ödəniş vasitələrinin qeyri-qanuni tədavülə
buraxılmasının qarşısı alınıb. MTN-nin İctimai əlaqələr mərkəzindən
verilən məlumata görə, əməliyyat nəticəsində Azərbaycan Respublikasının
vətəndaşı Çingiz Müseyib oğlu Ağasənov cinayət başında yaxalanıb.
Belə ki, Çingiz Ağasənov və qeyriləri satış məqsədilə Türkiyə
Respublikasında əldə etdikləri külli miqdarda saxta xarici valyutanı
satış məqsədi ilə Azərbaycana gətiriblər. Çingiz Ağasənovun yaşadığı
Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evinə keçirilmiş baxış nəticəsində
137 ədəd saxta 100 ABŞ dolları əsginasları aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 204.3.2-ci (satış məqsədilə külli
miqdarda saxta xarici valyuta əldə etmə və ya satma) maddəsi ilə cinayət
işi başlanılıb. Ağasənov Çingiz Müseyib oğlu təqsirləndirilən şəxs
qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan
tədbiri seçilib.
Cinayət işi üzrə bütün halların araşdırılması,
bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi
istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam
etdirilir.
MTN saxta pulların Azərbaycanda tədavülə buraxılmasının qarşısını alıb
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19