Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı qaldırdığı məhkəmə
prosesi davam edir. Bu barədə AzNews.az-a Şeyx Əbdül özü məlumat verib. O
bildirib ki, bu dəfə Bakı merini apelliyasiya məhkəməsinə verib.
Əməkdar incəsənət xadimi H.Abutalıbovdan sökülən evinin məbləğinin
ödənilməsini tələb edir.
Rejissor deyib ki, birinci instansiya
məhkəməsi onun şikayətini təmin edib, lakin bəzi məqamlar var ki, onlara
hüquq müstəvisində aydınlıq gətirilməlidir. "Bundan əvvəl rayon
məhkəməsi mənim xeyrimə qərar çıxardı. Amma bəzi məqamlar var ki, onlara
hüquq müstəvisində aydınlıq gətirilməlidir. Məhkəmə Ekspert Komissiyası
mənim yaşadığım evə məbləğ təyin edib, bu dəqiqləşməlidir. Apelyasiya
Məhkəməsindən bu məbləğin mənə verilməsini tələb edirəm”.
Qeyd
edək ki, Şeyx Əbdül iddia edir ki, "Qış bulvarı”nın tikintisi zamanı
onun evinə zərər dəyib və evi qəzalı vəziyyətə düşüb. O, buna görə Bakı
şəhər İcra Hakimiyyətindən kompensasiya tələb edir.
Hacıbala Abutalıbov Apelyasiya Məhkəməsinə verildi
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19