Sabiq deputat Hüseyn Abdullayev yeni bəyanat yayıb. Oğuz eli” İctimai
Birliyinin rəhbərinin növbəti bəyanatla çıxış etməsinə səbəb onun ailə
üzvlərinin Azərbaycanda hakimiyyətin təqiblər və hədələri ilə
üzləşməsidir.
Mia.az musavat.com-a istinadən xəbər verir ki,
keçmiş deputat üzləşdiyi problemləri Azərbaycan hakimiyyəti ilə
əlaqələndirir: "Sizlərə bildirmək istəyirəm ki, son bir həftə ərzində
mövcud iqtidar nümayəndələri ailə üzvlərimə və mənə yaxın olan digər
şəxslərə qarşı olduqca misli görünməmiş bir repressiv təqib üsuluna əl
atıblar və hər gün onlara yeni bir saxta cinayət ittihamı tətbiq edib,
hədə-qorxu gəlirlər. Mən, Hüseyn Abdullayev öz adımla onlara bəyan
edirəm ki, mənimlə olan ədavətlərini və qisaslarını yaşlı
valideyinlərimdən – ata-anamdan almasınlar. Onlar əmin olsunlar ki, hər
kəs tutduğu vəzifəsindən asılı olmayaraq bir gün törətdiyi bütün
qanunsuzluqlara görə artıqlaması ilə cavab verəcək”.
H.Abdullayev
bildirir ki, o, Azərbaycan hakimiyyətinin haqsız təqiblərinə cavab
olaraq Almaniyadan siyasi sığınacaq istəyib: "Artıq müvafiq sənədləşmə
işi yekunlaşmaq üzrədir. Gələn həftənin 1-ci günü, iyulun 8-də siyasi
sığınacaqla bağlı Almaniya hökumətinə rəsmi müraciət edəcəm”.
Hüseyn Abdullayev bəyanat yaydı: "Qisaslarını yaşlı ata-anamdan almasınlar"
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08