"Təbii ki, bu bir yarışdır. Bu yarışda yalnız siyasi rəqabətə
davamlılar duruş gətirib, sonda qalib gələ bilərlər. Son sözü isə
Azərbaycan xalqı, vətəndaşları deyəcək”. Bunu SİA-ya Yeni Azərbaycan
Partiyasının (YAP) İdarə heyətinin üzvü, Milli Məclisin Sədr müavini
Bahar Muradovanın Rüstəm İbrahimbəyovun vahid namizədliyinə münasibət
bildirərkən deyib. Milli Məclisin Sədr müavini deyib ki, kiminsə iddiası
olduğu təqdirdə, qələbəsinin də olacağına dair fikir söyləməsi, eləcə
də bəzi şəxslərin timsalında özünə inamın, öz imkanlarını düzgün
dəyərləndirməsinin nəticəsi kimi qəbulu, bəzilərinin timsalında özündən
müştəbehliyin, razılığın əlaməti kimi sayıla bilər: "Hesab edirəm ki,
Rüstəm İbrahimbəyovun timsalında ikinci variant daha mühüm rol oynayır.
Bu insan ola bilər ki, yaxşı kinorejissordur və müəyyən yaradıcı şəxs
kimi özünəməxsus imkanlara malikdir. Amma siyasətçi kimi bu, heç də belə
deyil. O, siyasətçi kimi bu aləmdə hələ çox yenidir. Rüstəm
İbrahimbəyov gənc, naşı bir insandır. Bu kimi insanların da istər
Azərbaycanda, istərsə də digər ölkələrdə nəyə qadir olduqlarını baş
verən hadisələr, şahidi olduğumuz faktlar sübut edir”.
Bahar
Muradova sözlərinə əlavə edib ki, Azərbaycan demokratik ölkədir. Burada
peşəsindən, irqindən, dini, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkə
qanunlarına uyğun şəkildə hər kəs öz iddiasını ortaya qoya,
namizədliyini irəli sürə bilər. Eləcə də bir başqasının namizədliyini
dəstəkləyə və öz münasibətini ifadə edə bilər: "Təbii ki, bunun üçün də
bütün şərait var. Bu kimi iddiaların ortada olması və bunun da açıq,
şəffaf şəkildə hər kəsə çatdırılmasının özü demokratik mühitin çox vacib
göstəricisidir. Bizim də nail olmaq istədiyimiz, məhz budur”.
Bahar Muradova: “Rüstəm İbrahimbəyov gənc, naşı bir insandır”
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08