Nazirlər Kabineti "Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında” qərarında dəyişiklik edib.

Dəyişiklik Tarif (qiymət) Şurası Katibliyinin işçilərinin sayı ilə bağlıdır. Qərara əsasən Tarif (qiymət) Şurası Katibliyinin say həddi 30 vahiddən 33 vahidə qaldırılıb.