Yeni yaradılan Dövlət Təhülükəsizlik Xidmətinin Bakıda yerləşən əsas binasında hadisə baş verib.

Hadisə bir neçə gün öncə təhlükəsizlik xidmətinin əməkdaşları ilə keçirilən təlim zamanı olub.

Xidmətin şöbə rəisi, 1968-ci il təvəllüdlü, polkovnik-leytenant Mustafayev təlim keçən zaman əl qumbarasının zapalı partlayıb.

Mustafayev üz nahiyəsinin yanıq xəsarəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına yerləşdirilib.