Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, rəhbərlik vətəndaşlarla görüşüb.
Vətəndaşların qarşısına çıxan İcra başçısı onların qəbul ediləcəyi və problemlərin həllinə çalışacaqlarını vəd edib. Amma aksiyaçılar buna məhəl qoymayıb və Quba-Bakı yolunu bağlamağa cəhd göstəriblər.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Quba rayon polis şöbəsinin əməkdaşı Aslan Babaşov rayonda vəziyyətin stabil olduğunu deyib: "Qubanın "köhnə avtovağzal" adlanan ərazisində aksiya keçirilib. Hazırda vəziyyət stabildir. Heç bir qarşıdurma yoxdur”.
Modern.az




