Prokuror işində yolverdiyi nöqsanlara görə vəzifəsindən azad edilib 

Zərdab rayon prokuroru Süleyman Süleymanov vəzifəsindən azad olunub.


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Report-a açıqlamasında deyib ki, S.Süleymanov baş prokuror Zakir Qaralovun əmri ilə işdən çıxarılıb.


O bildirib ki, S.Süleymanov Zərdab Rayon Prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilib.