Bakıda daha bir qətl törədilib. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarından apa-ya bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.