Azərbaycanda əlillik və sağlamlıq imkanlarının məhdudluğu yeni meyarlar əsasında müəyyən olunacaq.

Nazirlər Kabineti bununla bağlı "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ni təsdiq edib.

Buna müvafiq olaraq Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” və 21 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” qüvvədən düşüb.