Prezident İlham Əliyevə məxsus twitter hesabından (@azpresident) Azərbaycandakı siyasi-iqtisadi proseslərlə bağlı qısa mesajlar paylaşılıb.

Ölkə başçısı "2015-ci ildə Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır, onun neftdən asılılığı daha da azalmışdır”, - deyə yazıb.

Prezident İlham Əliyev həmçinin "2015-ci ildə parlament seçkiləri şəffaf, ədalətli keçirilmiş, Azərbaycan xalqının iradəsini əks etdirmişdir”, - deyə qeyd edib.
 
İ.Əliyev I Avropa Oyunlarının Azərbaycan dövlətinin və idmanının təntənəsi olduğunu da vurğulayıb.