Prezident İlham ƏliyevMyanma İttifaqı Respublikasının Prezidenti Zati-aliləri cənab Theyn Seynə təbrik məktubu göndərib.

Mia.az təbrikin mətnini təqdim edir:

"Hörmətli cənab Prezident, Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".