Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:
Nəbiyev Mahmud Yusif oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri
Əliyev Natiq Mürsəl oğlu - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri
Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin sədri
Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri
Sərəncama əsasən, Ali Məhkəmənin aşağıdakı hakimləri həmin məhkəmənin kollegiya sədrləri təyin edilib:
Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri
Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri
Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri
***
Tapdıq Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəbcam imzalayıb.