Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olub. 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 

Qeyd edək ki, 2011-ci il martın 3-dən 2014-cü il fevralın 11-dək Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Prezident Administrasiyasını rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev olub.

Timur Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2014-cü il tarixli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olmamışdı.

Xatırladaq ki, yeni birinci müavin - Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevin qardaşıdır