İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü başa çatıb.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.
ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün tvitter səhifəsində təkbətək görüşün bir saat davam etdiyini yazıb. Bundan sonra zala ATƏT-in həmsədrləri və xarici işlər nazirləri dəvət olunub.
****
ATƏT-in Mİnsk qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb.
APA-nın xəbərinə görə, bu barədə məlumatı Ermənistan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan "twitter” səhifəsində paylaşıb.
Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb.
Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.
Qeyd edək ki, Ermənistan Azərbaycan prezidentlərinin sonuncu görüşü 2014-cü ilin oktyabrın 27-də Parisdə baş tutub.
Musavat.com Minval.az saytında yayımlanmış şəkilləri təqdim edir.